Filial müdiri

09 Yanvar 2017

Filial müdiri 1800 - 2000 AZN

Əmək haqqı: 1800 - 2000 AZN
Yaş: 28-45 yaş
Təhsil: Ali
İş təcrübəsi: 3 il
Təklif edən şəxs: Hüquqi şəxs
Şirkət: TuranBank
Şəhər Bakı
Kateqoriya: İqtisadiyyat, maliyyə, investisiyalar
E-mail:
Telefon nömrəsi:

Namizədə tələblər:

- Ən azı 3 il bank və rəhbərlik təcrübəsi
- İqtisadi və ya biznes təhsilinin olması
- Peşəkar bilik və təcrübə
- Müdirlik və kollektivdə işləmək qabiliyyəti
- Qarşısına qoyduğu məqsədə çatmaq qabiliyyəti
- Müştərilərlə yüksək nəzakətlə davranmaq qabiliyyəti
- İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək
- İdarə Heyətinin müəyyən etdiyi digər tələblər

Anketlərinizi [email protected]********.az e-mail adresinə göndərin.  Mətn hissəsində "Filial müdiri" sözünü yazmağınız xahiş olunur.

İş barədə məlumat:

Bakı və regionlar üzrə filial müdiri tələb olunur:
- Müştərilərə onların istəklərinə və qanunvericiliyə uyğun bütün növ hesabların açılması, bu hesablar üzrə əməliyyatlar aparılması və onların bağlanılması işini təşkil edir
- Müştərilərə yüksək səviyyədə bank məhsulları və xidmətlərinin satışını təşkil edir
- Tabeliyində olan strukturların fəaliyyətini tənzimləyir və onların əsasnamə funksiyalarının yerinə yetirməsinə nəzarət edir
- Bilavasitə tabeliyində olan işçilər arasında vəzifə bölgüsü aparır, müştəri xidmətinin bankdaxili qaydalara müvafiq olaraq aparılmasını təmin edir
- Filialın əsasnaməsindən və daxili qaydalardan irəli gələn bütün vəzifələrin icrasını təmin edir
- Filialın fəaliyyəti barədə uçot və hesabat şöbəsinə vaxtaşırı hesabat verir
- İdarə Heyəti Sədrinin ona həvalə etmiş olduğu digər vəzifələri həyata keçirir
- Filiallarla İş departamenti ilə əlaqədar işləyir
- Filialın şöbələri arasında hədəfləri müəyyən edir
- Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirləri haqqında Azərbaycan Respublikası qanunvericiliyinə və müvafiq bankdaxili qaydalara uyğun olaraq əməliyyatların aparılması üçün məsuliyyət daşıyır və şübhəli əməliyyatlar haqqında dərhal uyğunluq mütəxəssisinə məlumat verir

Açar sözlər:

#filial   #müdiri   #turanbank  

Oxşar vakansiyalar

Yeni vakansiyalar

Sales manager

Sales manager

ə/h qeyd olunmayıb
Başqa
Mühasib

Mühasib

ə/h qeyd olunmayıb
Mühasibat, audit