Ətraf mühitin təhlükəsizliyi üzrə mütəxəssis

14 Noyabr 2016

Ətraf mühitin təhlükəsizliyi üzrə mütəxəssis ə/h qeyd olunmayıb

Əmək haqqı: ə/h qeyd olunmayıb
Təklif edən şəxs: Hüquqi şəxs
Şirkət: Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu layihəsi
Şəhər Bakı
Kateqoriya: Mühafizə, təhlükəsizlik, polis
E-mail:

İş barədə məlumat:

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dünya Bankı ilə birgə həyata keçirilən “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsi çərçivəsində ətraf mühitin təhlükəsizliyi üzrə mütəxəssis vəzifəsi üzrə
MÜSABİQƏ ELAN EDİR

Namizəd aşağıdakı tələblərə cavab verməlidir:

• Ekoloji siyasət, təbiət elmləri, ətraf mühit və ya digər əlaqədar sahədə ali təhsil;
• Beynəlxalq maliyyə qurumları tərəfindən maliyyələşdirilən oxşar layihələrdə ətraf mühitin idarə olunması, ekoloji və sosial təhlükəsizlik qaydalarına əməl olunmasının yoxlanması sahəsində ən azı beş il iş təcrübəsi;
• Dünya Bankı tərəfindən maliyyələşdirilən layihələrdə tətbiq olunan ekoloji və sosial təhlükəsizlik qaydalarının monitorinqi ilə bağlı təcrübəyə malik olanlara üstünlük veriləcək;
• Ətraf mühitin monitorinqinin aparılması və bununla bağlı hesabatların hazırlanması   üzrə təcrübə; və
• Azərbaycan dilini mükəmməl bilmək və ingilis dilində ünsiyyət qurmaq bacarıqları.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan və İngilis dillərində tərcümeyi-hallarını (CV) aşağıdakı elektron ünvana təqdim etməlidirlər: j**************[email protected]****.com

Maraqların ifadəsi üzrə bildiriş  D/28.1-MX. Sənədlər cari ilin dekabr ayının 2-i saat 18:00-dək qəbul edilir.

Açar sözlər:

#üzrə   #xidmətləri   #mütəxəssis   #təhlükəsizliyi   #və   #müasir   #ədliyyə   #mütərəqqi   #məhkəmə   #infrastrukturu   #mühitin   #ətraf   #layihəsi  

Oxşar vakansiyalar

Yeni vakansiyalar

Fehle

Fehle

300 - 500 AZN
Əmək bazarı