Daxili auditor

08 May 2017

Daxili auditor ə/h qeyd olunmayıb

Əmək haqqı: ə/h qeyd olunmayıb
Təklif edən şəxs: Hüquqi şəxs
Şirkət: Avrora
Şəhər Bakı
Kateqoriya: Başqa
E-mail:

İş barədə məlumat:

Daxili Auditor

Vəzifə və öhdəliklər:

• İllik Audit Planının tərtibi, audit obyektlərinin və auditin həcminin müəyyən etmək, keçiriləcək audit yoxlamalarının təşkilini həyata keçirmək;
• Risk əsaslı daxili nəzarətin təşkili və risk əsaslı audit yoxlamalarının həyata keçirilməsini təmin etmək;
• Daxili nəzarət sistemlərinin adekvatlığının, səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsi işini həyata keçirmək;
• Şirkətin Audit siyasəti, departamentin fəaliyyəti ilə bağlı olan şirkətdaxili təlimat, qayda və iş prosedurlarının layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təklifləri hazırlayıb həyata keçirmək;
• Normativ-hüquqi aktların və şirkətdaxili qaydaların icra vəziyyətinin, Şirkətin strateji planının həyata keçirilməsinin, bütün struktur bölmələr üzrə onların əsasnamə funksiyalarının, işçilərin vəzifə təlimatlarının icrasının, bütün növ bank əməliyyatlarının və bank biznesində mövcud olan bütün risklərin, audit və təftişini aparmaq;
• Şirkətin maliyyə resurslarının planlaşdırılmasının və onun icra olunması vəziyyətinin uçot, statistika, məlumatların ötürülməsi, işlənilməsi, məlumat təhlükəsizliyi, icra və nəzarət sisteminin auditi və təftişini aparmaq;
• Şirkətdə maliyyə hesabatlarının dəqiqliyinin və etibarlığının, Şirkətin aktivlərinin qorunması vasitələrinin qiymətləndirilməsi, Şirkətin işinin yaxşılaşdırılması istiqamətində təsirli və səmərəli tövsiyələrin verilməsi, Şirkətin icra orqanı ilə qarşılıqlı surətdə Şirkətdə daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin fəaliyyətinin səmərəliliyinə fasiləsiz nəzarətin həyata keçirilməsini təmin etmək.

Namizədə olan tələblər:

• İqtisadiyyat, maliyyə, biznes iradəçiliyi, menecment üzrə ali təhsil (MBA dərəcəsi arzuolunandır);
• Maliyyə menecmenti, audit, daxili nəzarət və ya kredit sahələrində minimum 5 il və idarəetmə sahəsində minimum 3 il iş təcrübəsi;
• CIA, ACCA, CPA kimi beynəlxalq ixtisaslaşmalar üzrə sertifikatların olması arzuolunandır;
• Yüksək analitik düşüncə və problemləri həlletmə bacarıqları;
• Liderlik, təşəbbüskarlıq, dürüstlük, dayanıqlılıq, dəqiqlilik.

Şərtlər:

• Tam iş günü, iş qrafiki I-V günlər, həftədə 2 gün istirahət;
• Şirkət hesabına nahar;
• Əmək haqqı müsahibə əsasında razılaşdırılır.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu yerinə “Daxili Auditor” yazaraq f*********[email protected]*****.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Açar sözlər:

#auditor   #avrora   #daxili  

Oxşar vakansiyalar

Yeni vakansiyalar