Böyük mütəxəssis (kiv üzrə)

26 May 2016

Böyük mütəxəssis (kiv üzrə) ə/h qeyd olunmayıb

Əmək haqqı: ə/h qeyd olunmayıb
Təklif edən şəxs: Hüquqi şəxs
Şirkət: Maliyyə bazarlarına nəzarət palatası
Şəhər Bakı
Kateqoriya: Kütləvi informasiya vasitələri
E-mail:

İş barədə məlumat:

Maliyyə Bazarlarına Nəzarət Palatası

Vəzifənin adı: Böyük mütəxəssis

Namizədə olan tələblər:

• Ali təhsil (Jurnalistika/Maliyyə/İqtisadiyyat istiqamət üzrə ali təhsil)
• Analoji sahə üzrə 3 il iş təcrübəsi;
• Kütləvi informasiya vasitələri ilə iş bacarığı, KİV-in strukturu və funksiyaları üzrə biliklər;
• İnternet və sosial şəbəkə səhifələrinin idarəedilməsi qaydaları üzrə biliklər;
• PR kampaniyaların planlaşdırılması, təşkili və həyata keçirilməsi metodlarını üzrə biliklər;
• Marketinq araşdırmalarının, sorğularının həyata keçirilməsi qaydaları üzrə biliklər;
• Səlis Azərbaycan dili və yüksək səviyyədə ingilis dili bilikləri;
• Məsuliyyətlilik və vəzifə öhdəliklərin vaxtında icra olunması;
• Ünsiyyətqurmavə  komandada işləmək bacarığı;
• İT resursları və ofis proqramları ilə işləmək bacarığı.

İşin təsviri:

• Palatanın ictimaiyyətlə əlaqələrinin həyata keçirilməsi ilə bağlı müxtəlif təbliğat materiallarının hazırlanması və aidiyyatı hədəf qrupları arasında yayılmasının təşkili;
• Palatanın sosial şəbəkələrdəki səhifələrinin idarəedilməsində iştirak;
• Hədəf qrupları, xüsusən Kütləvi informasiya vasitələri ilə işgüzar əlaqələrin inkişaf etdirilməsi;
• Palatanın dinamik fəaliyyətinin internet saytında adekvat əks olunması ilə bağlı tədbirlərin görülməsi;
• Palatanın fəaliyyətinə dair mütəmadi olaraq saytın ana səhifəsində xəbərlərin yenilənməsi;
• Press-relizlərin, informasiya xəbərlərinin, məqalələrin yazılması, brifinqlərin, press-konfransların, digər görüş və yığıncaqların təşkili və keçirilməsi;
• Gündəlik Media Monitorinq Hesabatının hazırlanması;

Göstərilən tələblərə cavab verən namizədlərin öz CV-lərini **@f***.az elektron ünvanına müraciət etmələri xahiş olunur. Müraciət etdiyiniz vəzifənin adının email-in mövzu (subject) hissəsində qeyd olunması mütləq tələbdir.

Açar sözlər:

#mütəxəssis   #böyük   #bazarlarına   #kiv   #üzrə   #nəzarət   #palatası   #böyük mütəxəssis   #maliyyə  

Oxşar vakansiyalar

Yeni vakansiyalar

Satıcı

Satıcı

400 - 500 AZN
Satış